Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Cəbhədə döyüş gedir: Düşmən itki verdi

Cəbhədə döyüş gedir: Düşmən itki verdi


4-02-2016, 10:58. Yazar: admin

Azərbaycan ordusunun əsgəri şəhid olub.

İşğalçı Ermənistanın qoşunları Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib
Geri dön