Ana Sayfa > Karusel / Siyasət > Oqtay Əsədov İmperatorun taxta çıxma mərasimini izləyəcək

Oqtay Əsədov İmperatorun taxta çıxma mərasimini izləyəcək


21-10-2019, 10:38. Yazar: sevinc1
Oqtay Əsədov İmperatorun taxta çıxma mərasimini izləyəcək


Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.



Modern.az xəbər verir ki, mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.



Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt Ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib.

İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınıb.


aia.az
Geri dön