Ana Sayfa > Dünya > Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı:

Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı:


21-10-2019, 10:10. Yazar: sevinc1
Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı:


Çili Prezidenti Sebastyan Pinyera ölkədə davam edən iğtişaşlar nəticəsində yaranmış vəziyyəti müharibə şəraiti ilə müqayisə edib.

Trend-in məlumatına görə, ölkə başçısı yerli telekanalda xalqa müraciəti zamanı "Biz müharibədəyik" deyə fikir səsləndirib.

O, güc tətbiqetmə hallarına görə bütün məsuliyyəti daşıyanları qınayıb.

Qeyd edək ki, iğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 pesodan ($ 0,04) maksimum 850 pesoya ($ 1.2) qədər artdıqdan sonra başlayıb.

Son məlumata görə, qarşıdurma zamanı ölənlərin sayı 10 nəfərə çatıb, 1400-dən çox şəxs isə saxlanılıb.

aia.az
Geri dön