Ana Sayfa > Manşet / Dünya > Türkiyə terrorçuların yalanlarını ifşa etdi -

Türkiyə terrorçuların yalanlarını ifşa etdi -


18-10-2019, 12:51. Yazar: sevinc1
Türkiyə terrorçuların yalanlarını ifşa etdi -


Suriyadakı PKK/YPG-PYD terror təşkilatlarını dəstəkləyən media orqanları və sosial şəbəkələr Türk Silahlı Qüvvələrinin “Sülh çeşməsi” (Barış pınarı) antiterror hərəkatı ilə bağlı Türkiyəyə qarşı qara təbliğat fəaliyyəti aparmaqda davam edir.


Türkiyənin Bakıdakı səfirliyindən aia.az-a verilən məlumata görə, bu çərçivədə dünən Türk ordusunun kimyəvi silahdan istifadə etdiyi ilə bağlı iddialar ortaya atılıb.

Səfirlikdən bildirilib ki, paylaşılan böhtan məzmunlu şəkillər əslində Suriyadakı rejim güclərinin vətəndaşları və İsrailin Qəzzanı vurduğu görüntülərdir.

Böhtan məzmunlu həmin şəkilləri təqdim edirik:


aia.az











Geri dön