Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Abşeronda atışma: Babayevi boynundan vurdular - YENİLƏNİB

Abşeronda atışma: Babayevi boynundan vurdular - YENİLƏNİB


3-02-2016, 17:26. Yazar: admin

Qonşusunu güllələyən şəxs tutuldu.

Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Kamran Babayevi güllələyən şəxs saxlanılıb.

Abşeron Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini Qüdrət Kərimovun yeri müəyyən edilib və saxlanılıb.

Saxlanılan şəxsdən hadisədə istifadə etdiyi “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanlarından o da bildirilib ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

13:08

Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.

Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön