Ana Sayfa > Dünya > Ərdoğan Putinin dəvətilə Rusiyaya gedir

Ərdoğan Putinin dəvətilə Rusiyaya gedir


16-10-2019, 11:03. Yazar: sevinc1
Ərdoğan Putinin dəvətilə Rusiyaya gedir



Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər telefon söhbətində bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.

Azvision.az -ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Rusiyaya səfərini istisna etməyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının sonuna qədər Rusiyaya səfər edə bilər. Hazırda səfərin dəqiq tarixi razılaşdırılmayıb.


aia.az
Geri dön