Ana Sayfa > Manşet / Siyasət > “İlham Əliyevlə “Keşikçidağ” məsələsini müzakirə etdik” -

“İlham Əliyevlə “Keşikçidağ” məsələsini müzakirə etdik” -


10-10-2019, 11:49. Yazar: sevinc1
“İlham Əliyevlə “Keşikçidağ” məsələsini müzakirə etdik” -


Sabahdan etibarən "Keşikçidağ" kompleksinin kilsələri gürcü din xadimləri üçün açılacaq.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında Azərbaycana səfərinin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə "Keşikçidağ" məsələsi də müzakirə olunub.

“Təəssüf ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəddə müəyyən edilməmiş bəzi hissələr qalıb, bu, bizə postsovet mirasıdır və 25 ildə həllini tapmayıb. Azərbaycan Prezidenti dedi ki, bizi birləşdirən tariximiz, coğrafiyamız var, əlbəttə, mən tamamilə razıyam ki, coğrafiya və tarix dost və tərəfdaşları ayırmır, əksinə birləşdirir.

Məhz bu əsasda və təməl üzərində cari problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə "Keşikçidağ" kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaq. Biz bu istiqamətdə ciddi tərəqqi əldə etməliyik”, - deyə baş nazir bildirib.

Xatırladaq ki,Gürcüstanın yeni baş naziri Giorgi Qaxariya dünən ilk xarici səfərini Azərbaycana edib.


aia.az
Geri dön