Ana Sayfa > Cəmiyyət > FHN köməksiz qalan 5 nəfəri xilas edib

FHN köməksiz qalan 5 nəfəri xilas edib


8-10-2019, 11:46. Yazar: sevinc1
FHN köməksiz qalan 5 nəfəri xilas edib


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

aia.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Digər məlumata əsasən, Sumqayıt şəhərində 3 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.


aia.az
Geri dön