Ana Sayfa > İdman > Rövşən Veysəlov İdman Klubunun möhtəşəm uğuru komanda Bakı Kubokundan 9 medal qazandı

Rövşən Veysəlov İdman Klubunun möhtəşəm uğuru komanda Bakı Kubokundan 9 medal qazandı


7-10-2019, 17:19. Yazar: sevinc1
Rövşən Veysəlov İdman Klubunun möhtəşəm uğuru komanda Bakı Kubokundan 9 medal qazandı


Bakıda Kontakt Ciu-Citsu və Braziliya Ciu-Citsu (NE WAZA) Gİ və NoGi idman növləri üzrə Bakı Kuboku keçirilib.

Oktyabrın 4-6-da keçirilən kubok üzrə Rövşən Veysəlov adına İdman Klubunun yetirmələrindən ibarət komanda kubokun 9 medalını qazanaraq qalib gəlib.

Klub yetirmələri yarışda 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.

Klub üzvləri Vüsal Sultanov və İbrahim Sadıqov yarışda bütün rəqiblərini yenərək komandaya 2 qızıl medal qazanıb və kubokun qalibi olub.

Kubok uğrunda yarışa atılan komandanın digər yetirmələri-Hüseyn Məhərrəmov, Kamil Sadıqov, Hacı Mikayılov və Əli Babazadə gümüş medalla kubok ikincisi, Abdulrahman Abdullayev, Əli Cəfərov və Şamil Saatov isə bürünc medalla 3-cü yerə yüksəliblər.

aia.az
Geri dön