Ana Sayfa > Karusel / Cəmiyyət > Beyləqanda 14 yaşlı oğlan maşınla üç məktəbli qızı vurub

Beyləqanda 14 yaşlı oğlan maşınla üç məktəbli qızı vurub


4-10-2019, 17:00. Yazar: sevinc1
Beyləqanda 14 yaşlı oğlan maşınla üç məktəbli qızı vurub


Beyləqanda məktəbliləri maşın vurub.

aia.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub.

Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.



aia.az
Geri dön