Ana Sayfa > Cəmiyyət > Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb


4-10-2019, 15:15. Yazar: sevinc1
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsində sağ və sol ayaq yerlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 1675 ədəd "Belomorkanal" markalı papiros və 13 960 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön