Ana Sayfa > Cəmiyyət > Bakı sakininə parkda zorakılıq göstərən 3 nəfər saxlanıldı

Bakı sakininə parkda zorakılıq göstərən 3 nəfər saxlanıldı


2-10-2019, 17:28. Yazar: sevinc1
Bakı sakininə parkda zorakılıq göstərən 3 nəfər saxlanıldı


Bakı şəhər sakinini döyərək çantasını almaqda şübhəli bilinənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.


aia.az
Geri dön