Ana Sayfa > Karusel / Gündəm > Prezident bu alimlərə fəxri adlar verdi

Prezident bu alimlərə fəxri adlar verdi


1-10-2019, 17:59. Yazar: sevinc1
Prezident bu alimlərə fəxri adlar verdi



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Əlimərdanov Hafiz Mütəllim oğlu, Həsənov Arif Həsən oğlu və İbrahimov Hikmət Camal oğluna “Əməkdar elm xadimi”, Abdullayev Elmar Şahmar oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.
Geri dön