Ana Sayfa > Karusel / Səhiyyə > Bakıda qadın doğuş zamanı öldü -

Bakıda qadın doğuş zamanı öldü -


30-09-2019, 11:17. Yazar: sevinc1
Bakıda qadın doğuş zamanı öldü -


Bakı şəhəri Nizami rayonu, 7 saylı doğum evində ana ölümü baş verib.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Azvision.az -a açıqlamasında bildirib ki, hadisə ötən gün qeydə alınıb.
“Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı 39 həftə 4 gün hamiləlik diaqnozu ilə doğum evinə gətirilib. Qadın Lerik rayon sakini olub, amma Bakıda qeydiyyatdadır. İlkin məlumat əsasən, ana qanaxmadan ölüb. Ananın təkrar doğuşu olub. Sənədlər təqdim olunduqdan sonra daha ətraflı məlumat vermək mümkün olacaq”, - S.Məmmədova qeyd edib.


aia.az
Geri dön