Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda küçənin ortasında oğurluq

Bakıda küçənin ortasında oğurluq


2-02-2016, 14:38. Yazar: admin

Saxlanılanlar arasında 16 yaşlı gənc də var.

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, naməlum şəxslər yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçıblar.

Nəsimi RPİ 19-cu PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön