Ana Sayfa > Karusel / Gündəm > Əsgərin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparılır

Əsgərin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparılır


23-09-2019, 15:49. Yazar: sevinc1
Əsgərin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparılır




Xəbər verdiyimiz kimi, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Müdafiə Nazirliyi əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, təmsil etdiyi qurum hadisədən xəbərdardır. Onun sözlərinə görə, əlaqədar qurumlarla iki tərəfli konfidensial danışıqlar aparılır.

BQXK-nin İrəvandakı nümayəndəliyindən isə erməni KİV-lərinə bildirilib ki, hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. Yeni məlumat olacağı təqdirdə, ictimaiyyətə əlavə informasiya veriləcək.


aia.az
Geri dön