Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Qəbələdə orta məktəb yandı

Qəbələdə orta məktəb yandı


1-02-2016, 16:44. Yazar: admin

FHN məlumat yayıb.

Bu gün Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb.

Aia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön