Ana Sayfa > Dünya > Ərdoğan Putindən əvvəl Ruhani ilə görüşdü

Ərdoğan Putindən əvvəl Ruhani ilə görüşdü


16-09-2019, 14:48. Yazar: sevinc1
Ərdoğan Putindən əvvəl Ruhani ilə görüşdü


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib. Bildirilib ki, prezidentlərin görüşü paytaxt Ankarada baş tutub.

"Prezidentimiz Çankaya sarayında üçtərəfli sammitdə iştirak etmək üçün Ankarada olan İran prezidenti Həsən Ruhani ilə görüş keçirib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bu gün Ankaraya gedərək orada Suriya ilə bağlı üçtərəfli sammitdə iştirak edəcək. Zirvə görüşündə Türkiyə, Rusiya və İran liderləri bir sıra aktual beynəlxalq mövzuları və ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.


aia.az
Geri dön