Ana Sayfa > Karusel / Cəmiyyət > Çimərlik mövsümünün qurbanları -

Çimərlik mövsümünün qurbanları -


16-09-2019, 12:29. Yazar: sevinc1
Çimərlik mövsümünün qurbanları -


Azərbaycanda çimərlik mövsümü başa çatıb. İyunun 15-dən açıq elan edilən çimərlik mövsümü sentyabrın 15-dək davam edib. 3 aylıq mövsüm ərəfəsində bir sıra suda boğulma halları qeydə alınıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, bu müddət ərzində 47 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb, 227 nəfər suda boğulmaqdan xilas edilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lökbatan, Şüvəlan, Böyük Həmyə, Bilgəh, Qızılqum, Nardaran, Türkan, Dübəndi, Bakı, Hövsan, Buzovna, Mərdəkan, Neftçala, Corat, Novxanı, Şıxov, Zuğulba-3, Nardaran-2, Mingəçevir, Qobustan, Şirvan, Pirşağı, Xaçmaz, Suraxanı, Lənkəran, Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.

Lənkəranda 1, Salyanda 2, Bakıda 24, Sumqayıtda 1, Abşeronda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Ucarda 1, Yevlaxda 2, Xaçmazda 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Geri dön