Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Milli Məclisdə bir dəqiqəlik sükut

Milli Məclisdə bir dəqiqəlik sükut


1-02-2016, 15:12. Yazar: admin


Azərbaycan Milli Məclisinin 2016-cı il yaz sessiyasında ilk iclası başlayıb.

Spiker Oqtay Əsədov tərəfindən açıq elan edilən sessiya dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Bunun ardınca O. Əsədov akademik Cəlal Əliyevin vəfat etdiyini bildirib, ona Allahdan rəhmət diləyib.

C. Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasın gündəliyinə 16 məsələ daxildir.
Geri dön