Ana Sayfa > Manşet / Gündəm > Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,2 milyard manatı keçə bilər

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,2 milyard manatı keçə bilər


13-09-2019, 14:33. Yazar: sevinc1
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,2 milyard manatı keçə bilər



2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 4,2 milyard manatı keçə bilər.

Trend-in məlumatına görə, bunu Komitə sədri Səfər Mehdiyev “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, Komitə 2019-cu ildə büdcəyə gömrük daxilolmaları ilə bağlı proqnozu 500 milyon manat daha çox icra etməyi planlaşdırır:

“Bu il üçün gömrük daxilolmaları üzrə proqnoz 3 milyard 702,6 milyon manat təşkil edir. Bu, 2018-ci illə müqayisədə 1,3 milyard manat çoxdur”.


aia.az
Geri dön