Ana Sayfa > Karusel / Cəmiyyət > Tanınmış hüquqşünası öldürən “Göl Əli” saxlanıldı -

Tanınmış hüquqşünası öldürən “Göl Əli” saxlanıldı -


13-09-2019, 09:51. Yazar: sevinc1
Tanınmış hüquqşünası öldürən “Göl Əli” saxlanıldı -


Tanınmış hüquqşünas Firudin Ələkbərli bu gün səhər saatlarında Tovuzda baş verən silahlı insident zamanı yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Oxu.Az-a Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.

Cinayətdə günahlandırılan “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. Təqsirləndirilən şəxs hadisədən sonra polisə təslim olub.

09:44

Tovuzda güllələnmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, rayonun mərkəzində hüquqşünas Firudin Ələkbərliyə odlu silahla atəş açılıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
aia.az
Geri dön