Ana Sayfa > Cəmiyyət > Avtomobil qaz xəttini zədələdi, bir neçə kiçik müəssisənin qazı kəsildi

Avtomobil qaz xəttini zədələdi, bir neçə kiçik müəssisənin qazı kəsildi


13-09-2019, 09:50. Yazar: sevinc1
Avtomobil qaz xəttini zədələdi, bir neçə kiçik müəssisənin qazı kəsildi



Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.

"Azəriqaz" İstehsalat Birliyindən aia.az-a verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib.

Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.


aia.az
Geri dön