Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı


11-09-2019, 09:31. Yazar: sevinc1
Bakıda itkin düşən 13 yaşlı qız tapıldı


Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.


aia.az
Geri dön