Ana Sayfa > Hadisə > Prokuror "lombard" adı ilə 52 nəfərə qarşı dələduzluq edən şəxsə 10 il cəza istədi

Prokuror "lombard" adı ilə 52 nəfərə qarşı dələduzluq edən şəxsə 10 il cəza istədi


10-09-2019, 17:27. Yazar: sevinc1
Prokuror "lombard" adı ilə 52 nəfərə qarşı dələduzluq edən şəxsə 10 il cəza istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror Z.Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

İttihama görə, Sumqayıtda "Lombard" işlədən Z.Məmmədov 52 nəfərdən qızıl məmulatları girov almaqla onlara nağd pul verib. Lakin Z.Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb.

Z.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb


aia.az
Geri dön