Ana Sayfa > Hadisə > Ağstafada yol qəzasında bir nəfər öldü, digəri xəstəxanalıq oldu

Ağstafada yol qəzasında bir nəfər öldü, digəri xəstəxanalıq oldu


10-09-2019, 16:29. Yazar: sevinc1
Ağstafada yol qəzasında bir nəfər öldü, digəri xəstəxanalıq oldu


Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi “VAZ-2121” və R.Fərəcovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


aia.az
Geri dön