Ana Sayfa > Ölkə > QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər

QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər


10-09-2019, 12:01. Yazar: sevinc1
QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Trend-in məlumatına görə, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak ediblər.

Şeyxülislam Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


aia.az
Geri dön