Ana Sayfa > Cəmiyyət > Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb

Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb


5-09-2019, 13:20. Yazar: sevinc1
Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb


Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön