Ana Sayfa > İqtisadiyyat > Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb

Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb


5-09-2019, 12:42. Yazar: sevinc1
Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb


2018-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb.

Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb:

“Buna qədər həmin göstərici 8 milyon dollara yaxın idi. Pakistan Azərbaycanla ticari-iqtisadi münasibətlərin möhkəmlənməsində maraqlıdır. Biz turizm sahəsində ikitərəfli inkişaf üçün böyük potensial görürük”.


aia.az
Geri dön