Ana Sayfa > Ölkə > Göygöl rayonunda 30 uşaq günərzi xidmətlərlə əhatə olunub

Göygöl rayonunda 30 uşaq günərzi xidmətlərlə əhatə olunub


4-09-2019, 17:04. Yazar: sevinc1
Göygöl rayonunda 30 uşaq günərzi xidmətlərlə əhatə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Üfüq” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən Göygöl rayonunda yaradılan Uşaq günərzi qayğı mərkəzinə 30 uşaq cəlb edilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, günərzi qayğı mərkəzində aztəminatlı, tək valideynli, ünvanlı sosial yardım alan, şəhid ailələrindən olan uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.

Eyni zamanda uşaqların mərkəzə gətirilib aparılması məqsədi ilə nəqliyyat da ayrılıb.


aia.az
Geri dön