Ana Sayfa > Siyasət > Böyük Britaniyanın yeni səfiri Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir

Böyük Britaniyanın yeni səfiri Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir


4-09-2019, 16:38. Yazar: sevinc1
Böyük Britaniyanın yeni səfiri Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir


Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ceyms Şarp iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə diplomat səfirliyin “Facebook” səhifəsində yayımlanmış videomüraciətdə deyib.

O, Azərbaycana səfir təyin olunmasından şad olduğunu bildirib:

“Azərbaycan yüksək templə inkişaf edən ölkədir və Böyük Britaniya üçün böyük əhəmiyyət daşıyır. Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha yüksək səviyyəyə çıxarmaq niyyətindəyəm. Buraya siyasi münasibətlərimizin möhkəmlənməsi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsi, ticarət və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi daxildir”.

C.Şarp həmçinin qeyd edib ki, demokratiya və insan haqları məsələləri üzrə açıq və səmərəli müzakirələrin keçirilməsində maraqlıdır.


aia.az
Geri dön