Ana Sayfa > Gündəm > Nərimanovda 432-dən çox məişət tullantılarının toplanması yerləri təmir olunub

Nərimanovda 432-dən çox məişət tullantılarının toplanması yerləri təmir olunub


3-09-2019, 15:47. Yazar: sevinc1
Nərimanovda 432-dən çox məişət tullantılarının toplanması yerləri təmir olunub



Nərimanov rayon təsərrüfatının 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığının yekunu, qış aylarında rayonun təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

İclasda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev, Bakı şəhər “Əsaslı tikinti və təmir” MMC-nin direktoru Abid Əliyev, BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, rayonun kommunal xidmət təşkilatlarının rəhbərləri, Rayon Bələdiyyəsinin sədri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər. Tədbirdə rayon təsərrüfatının 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb.

Tədbiri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev giriş sözü ilə açaraq, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

A.Fərzəliyev bildirib ki, 30 avqust 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə payız-qış mövsümünə həsr olunmuş yığıncaq keçirilib. Rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.

Qeyd olunub ki, mövsümə hazırlıqla əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq olunub. Eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət təşkilatlarında da mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb.

Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı nəzərə çatdırılıb, hər hansı ciddi hal yaranarsa onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayondakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.

Bundan əlavə, Nərimanov rayonunda, məişət tullantılarının çeşidlənərək toplanması ilə bağlı həyata keçirilən pilot lahiyə haqqında məlumat verilib. Qeyd olunub ki, 432-dən çox məişət tullantılarının toplanması yerləri təmir olunaraq, müasirləşdirilib. Bu da əhali tərəfindən çox müsbət qarşılanıb və bu istiqamətdə işlər davam etdirilir. Bu kampaniya rayonun və şəhərin ekoloji durumunun daha da sağlamlaşmasına çox müsbət təsir göstərir.

Müşavirədə, həmçinin rayonda yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, abadlıq işlərinin həyata keçirilməsi, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlərə toxunulub, eyni zamanda payız-qış mövsümündə baş verə biləcək fövqəladə hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış obyektlərində istiliklə bağlı problemlərin, ümumiyyətlə, yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunaraq, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, rayon sakinlərinin rahatlığının təmini məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyi vurğulanıb.

İclasda BŞİH başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev, Bakı şəhər “Əsaslı tikinti və təmir” MMC-nin direktoru Abid Əliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri işlərin həyata keçirilməsinin, görüləcək işlərə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışlarda bütün təsərrüfat xidmətlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin BŞİH-də bu istiqamətdə fəaliyyət göstərən Qərargahla əlaqəli şəkildə, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq görülməsinin məqsədəuğunluğu barədə tövsiyyə və tapşırıqları diqqətə çatdırılıb. Qeyd olunub ki, rayon ərazisində 9 riskli ərazi mövcuddur. Bu ərazilərin xüsusi nəzarətdə saxlanılmasının, ərazidə təhlillər aparılmasının vacibliyi vurğulanıb.

Sonra Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov çıxış edərək, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat verib.


aia.az
Geri dön