Ana Sayfa > İdman > Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirə qatılacaq

Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirə qatılacaq


30-08-2019, 15:27. Yazar: sevinc1
Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirə qatılacaq


Oktyabrın 19-20-də Rusiyanın Kemerovo vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından aia.az-a verilən məlumata görə, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar da qatılacaqlar.

Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.


aia.az
Geri dön