Ana Sayfa > Karusel / Ölkə > İsmayıllıda toyda 30 nəfər xəstəxanalıq oldu

İsmayıllıda toyda 30 nəfər xəstəxanalıq oldu


28-08-2019, 09:37. Yazar: sevinc1
İsmayıllıda toyda 30 nəfər xəstəxanalıq oldu



İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Qəzili kəndində qeydə alınıb.

Kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində qonaqların halı pisləşib. Onlar təcili İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, zəhərlənmə ilə bağlı 30 nəfər müraciət edib.

İlkin tibbi yardımdan sonra xəstələr ambulator müayinə üçün evə buraxılıb. Xəstəxanada ikisi uşaq olmaqla, dörd nəfər maüalicə alır. Onların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Şəkidə toyda kütləvi zəhərlənmə olub. Toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

aia.az
Geri dön