Ana Sayfa > Karusel / Cəmiyyət > Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb

Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb


23-08-2019, 16:38. Yazar: sevinc1
Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində yanan quru ot və kol-kos söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

13:24

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.


aia.az
Geri dön