Ana Sayfa > Cəmiyyət > Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı

Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı


23-08-2019, 14:13. Yazar: sevinc1
Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı


Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.

Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər.

Belə ki, Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” m/st. istiqamətində) yanacaqdaşıyan avtomobildə texniki nasazlıq yaranıb.

Bu səbəbdən də Heydər Əliyev prospekti, kənar yol şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.


aia.az
Geri dön