Ana Sayfa > Ölkə > Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib


23-08-2019, 12:25. Yazar: sevinc1
Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib


Paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən aia.az-a verilən məlumata görə, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılmaqdır.

Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Agentliyin mütəxəsissləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib. Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusəndə ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb

aia.az
Geri dön