Ana Sayfa > İdman > "Liverpul":

"Liverpul":


23-08-2019, 11:45. Yazar: sevinc1
"Liverpul":


"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.

Trend-in məlumatına görə, almaniyalı mütəxəssis "Koutinyou niyə yenidən transfer etmədiniz" sualını belə cavablandırıb: "Onunla maraqlandığımızı deyə bilərəm. Sizə bir az gülməli və qəribə gələ bilər, ancaq pulumuz çatmadı. Onsuz da Koutinyonun satışından qazandığımız pulu çoxdan xərcləmişdik".

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçərkən klubuna 160 milyon avro qazandırmışdı.


aia.az
Geri dön