Ana Sayfa > Cəmiyyət > 20 gündə 8 nəfər suda boğulub,

20 gündə 8 nəfər suda boğulub,


22-08-2019, 17:44. Yazar: sevinc1
20 gündə 8 nəfər suda boğulub,



Azərbaycanda avqust ayının 1-dən 20-dək 8 nəfər suda (dəniz, çay, süni göl) boğularaq həyatını itirib.

aia.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, bu müddətdə 32 nəfər suda boğulmaqdan xilas edilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti qeyd olunan dövr ərzində Hövsan, Şıx, Zağulba, Mərdəkan, Xaçmaz, Qobustan, Nardaran 2, Bilgəh, Şirvan, Qızılqum, Lənkəran, Pirşağı, Buzovna və Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.

Bundan əlavə, Xaçmazda 2, Bakıda 5, Yevlaxda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, iyunun 15-dən açıq elan edilən çimərlik mövsümü sentyabrın 15-dək davam edəcək.

aia.az
Geri dön