Ana Sayfa > Cəmiyyət > Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb

Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb


21-08-2019, 10:47. Yazar: sevinc1
Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb


Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) aia.az-a verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər.

Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.


aia.az
Geri dön