Ana Sayfa > Karusel / Cəmiyyət > Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb


21-08-2019, 09:28. Yazar: sevinc1
Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb


Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən aia.az-a verilən məlumata görə, 19.08.2019-cu il tarixində Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötüklər yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​


aia.az
Geri dön