Ana Sayfa > Cəmiyyət > Polisə zəng edib “iş yerlərinə silahlı hücum olacaq” dedi

Polisə zəng edib “iş yerlərinə silahlı hücum olacaq” dedi


19-08-2019, 11:59. Yazar: sevinc1
Polisə zəng edib “iş yerlərinə silahlı hücum olacaq” dedi


Avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Daxili İşlər Nazirliyindən aia.az -a verilən məlumata görə, araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.


aia.az
Geri dön