Ana Sayfa > Cəmiyyət > Bu il ölkə sərhədini pozan 1989 nəfər saxlanılıb

Bu il ölkə sərhədini pozan 1989 nəfər saxlanılıb


16-08-2019, 15:44. Yazar: sevinc1
Bu il ölkə sərhədini pozan 1989 nəfər saxlanılıb


Bu il Dövlət Sərhəd Xidmətinin əməkdaşları 1989 sərhəd pozucusu saxlayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

E.İbrahimovun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində bu müddət ərzində 37789 nəfər axtarışda olan şəxs saxlanılıb: "Həmçinin, 6 ton 372 kq narkotik maddənin qanunsuz olaraq ölkəyə keçirilməsinin qarşısı alınıb. 91 nəfər terrorçuluqla məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb. Qaçaqmalçılıqla məşğul olan 150 dən artıq dəstə zərərsizləşdirilib".


aia.az
Geri dön