Ana Sayfa > Cəmiyyət > Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb

Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb


16-08-2019, 14:32. Yazar: sevinc1
Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb


Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.


aia.az
Geri dön