Ana Sayfa > Cəmiyyət > Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib

Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib


16-08-2019, 14:29. Yazar: sevinc1
Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib


Goranboy rayonunun Topdan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.


aia.az
Geri dön