Ana Sayfa > Siyasət > Zakir Həsənov Rusiyaya gedir

Zakir Həsənov Rusiyaya gedir


16-08-2019, 13:31. Yazar: sevinc1
Zakir Həsənov Rusiyaya gedir


Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.


aia.az
Geri dön