Ana Sayfa > Dünya > Atambayevin oğlu istintaqa çağırıldı

Atambayevin oğlu istintaqa çağırıldı


9-08-2019, 15:53. Yazar: sevinc1
Atambayevin oğlu istintaqa çağırıldı




Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu Seyitbek Atambayev ifadə vermək üçün Daxili İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bunu onun vəkili bildirib.

Vəkil S.Atambayevin hansı məsələrlə bağlı sorğu-sual olunduğu barədə məlumatı olmadığını qeyd edib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

aia.az
Geri dön