Ana Sayfa > Cəmiyyət > Bakıda avtobus minik maşını ilə toqquşub

Bakıda avtobus minik maşını ilə toqquşub


9-08-2019, 15:13. Yazar: sevinc1
Bakıda avtobus minik maşını ilə toqquşub


Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən aia.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib.

Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.

aia.az
Geri dön