Ana Sayfa > Ölkə > Azərbaycanda 34 uşaq övladlığa verilib

Azərbaycanda 34 uşaq övladlığa verilib


9-08-2019, 13:57. Yazar: sevinc1
Azərbaycanda 34 uşaq övladlığa verilib



Son beş il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 34 nəfər uşaq övladlığa verilib.

Təhsil Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa verilən uşaqlar 3-16 yaş arasındadır.
"Onlardan 17-sı qız, 17-si isə oğlandır. Övladlığa verilən uşaqlardan sağlam olanların sayı 26 nəfərdir, 8 nəfər isə sağlamlıq imkanları məhdud olan uşaqlardır".


aia.az
Geri dön