Ana Sayfa > Manşet / Hadisə > Bakıda ərəblərin kirayə yaşadığı evə basqın olub:

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın olub:


8-08-2019, 17:34. Yazar: sevinc1
Bakıda ərəblərin kirayə yaşadığı evə basqın olub:


Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar. Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.

Hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.

aia.az
Geri dön